BMT Təhlükəsizlik Şurası aprelin 5-də Ukrayna ilə bağlı toplaşacaq


Aprelin 5-də BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə dünya təşkilatı məlumat yayıb.

Məsləhətləşmələrin yerli vaxtla səhər saatlarında baş tutacağı gözlənilir. Görüşün konkret mövzusu müəyyən edilməyib.

Qeyd edək ki, aprel ayında BMT Təhlükəsizlik Şurasına Böyük Britaniya sədrlik edəcək.