Ukraynalı müğənni orduya qoşuldu - Foto

Məşhur musiqiçi Maks Barskix (əsl adı - Mykola Bortnik) Ukrayna Silahlı Qüvvələrinə qoşulub.

Axşam.az xəbər verir ki, bu barədə ukraynalı müğənni sosial şəbəkədə məlumat yayıb. 

"Təlimlər sabah başlayır. Bunu kim təxmin edə bilərdi? Bir ay əvvəl əlimdə yalnız mikrofon tuturdum, amma indi hər şey dəyişir" deyə, o, bildirib. 

Musiqiçinin sözlərinə görə, iki həftəlik məşqdən sonra döyüş bölgəsinə gedəcək.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi hücumundan sonra Maks ruslara qarşı sərt çıxışları ilə gündəmə gəlib.