Qlobal Bakı Forumunun iştirakçıları Füzulidən Şuşa şəhərinə yola düşüblər

Azərbaycan işğaldan azad edilmiş ərazilərinə iyunun 19-da səfər edən IX Qlobal Bakı Forumunun iştirakçıları Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanına eniş ediblər.

AZƏRTAC xəbər verir ki, qonaqlar buradan Şuşa şəhərinə yola düşüblər. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması və inkişafına baxış, eləcə də ərazilərin minalardan təmizlənməsi ilə tanışlıq məqsədilə həyata keçirilən səfərdə qonaqları yerli və xarici media nümayəndələri müşayiət edirlər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda beynəlxalq məsələlərin müzakirə edildiyi IX Qlobal Bakı Forumu iyunun 16-da işə başlayıb.