IX Qlobal Bakı Forumunun iştirakçıları Şuşada panel müzakirələr aparırlar (FOTO)

Azərbaycan işğaldan azad edilmiş ərazilərinə iyunun 19-da səfər edən IX Qlobal Bakı Forumunun iştirakçıları Füzulidən sonra Şuşaya gəliblər.

Trend-in Şuşaya ezam olunmuş əməkdaşının məlumatına görə, IX Qlobal Bakı Forumunun iştirakçıları Şuşada panel müzakirələri başlayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda beynəlxalq məsələlərin müzakirə edildiyi IX Qlobal Bakı Forumu iyunun 16-da işə başlayıb.