Prezidentin xüsusi nümayəndəsi: “IX Qlobal Bakı Forumunun Şuşada keçirilməsi əlamətdar hadisədir”

“IX Qlobal Bakı Forumunun panelinin bu gün Şuşada keçirilməsi əlamətdar hadisədir”.

APA-nın xəbərinə görə, bunu bu gün jurnalistlərə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Emin Hüseynov deyib ki, IX Qlobal Bakı Forumu mühüm bir platformadır.