Amerikalı səyyah: Qarabağda gördüklərimizi ölkəmizin ictimaiyyətinə çatdıracağıq


Biz Qarabağın demək olar hər yerini gəzdik. Hazırda yolların bərpa edilməsi əsas məsələdir. Qarabağda bir çox infrastruktur layihələri uğurla həyata keçirilir. Ancaq turistlərin asanlıqla gələ bilməsi, əlçatanlılıq üçün yolların tikintisi mütləqdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri dünya səyyahlarının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərlərinin yekunlarına dair mətbuat konfransında amerikalı səyyah, MTP qrupunun rəhbəri Çarlz Villi söyləyib.