İspaniya Ukrayna hərbçilərinə təlim keçəcək

İspaniya ordusu Ukrayna hərbçilərinə Saraqosada təlim keçəcək.

“Report” xəbər verir ki, bu barədə “El Mundo” nəşri məlumat yayıb.

İspaniya bir neçə həftədir ki, Ukrayna hərbi kontingentinin bu ölkəyə səfərinə hazırlaşır.

Bildirilib ki, bu, İspaniya Müdafiə Nazirliyinin Ukrayna qarşısında götürdüyü öhdəliklərdən biridir.