Ukrayna ordusu daha 2 yaşayış məntəqəsini azad edib


Ukrayna ordusu Xarkov ətrafında daha 2 yaşayış məntəqəsini azad edib.

APA-nın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Tvitter hesabında yazıb.

“113-cü xüsusi briqadanın hərbçiləri Vasilenkovo və Artyomovkanı azad edib” – deyə Zelenski vurğulayıb.