Şarl Mişel sərhəddəki gərginliyə münasibət bildirib

Ermənistan-Azərbaycan sərhədində döyüşlərin getməsi ilə bağlı xəbərlər son dərəcə narahatedicidir. Tam və dayanıqlı atəşkəs vacibdir.

APA xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “Tvitter” səhifəsində yazıb.
O, sülh və sabitliyə alternativin olmadığını və bunu təmin etmək üçün diplomatiyanın alternativsiz olduğunu bildirib.