BMT baş katibi: “Dünyada ərzaq qiymətləri kəskin ucuzlaşıb, amma...” 

"Dünyada ərzaq qiymətləri kəskin şəkildə aşağı düşüb”.

Oxu.Az-ın məlumatına görə, bunu BMT baş katibi Antonio Quterreş özünün “Twitter” hesabında yazıb.

Bununla belə, o, qiymətlərin hələ də keçən illə müqayisədə təxminən 8% yüksək olduğunu bildirib.
Baş katib Qara Dəniz Taxıl Təşəbbüsünün imzalanmasından bəri 29 ölkəyə 4,3 milyon tondan çox ərzaq daşındığını vurğulayıb.
“Daşınmalar artmalıdır ki, əmtəə bazarları daha da sabitləşsin”, - deyə Quterreş sözlərini yekunlaşdırıb.