Hikmət Hacıyev ABŞ rəsmisi ilə Ermənistanla münasibətlərin normallaşmasını müzakirə etdi - FOTO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ dövlət katibi Entoni Blinkenin köməkçisi Karen Donfriedlə Ermənistanla münasibətlərin normallaşmasını müzakirə edib.
Oxu.Az-ın məlumatına görə, o, bu barədə “Twitter” hesabında paylaşım edib.
Görüşdə həmçinin ikitərəfli strateji əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.