Ursula fon der Lyayen: “Azərbaycan kritik anda bizə kömək etdi” - 

“Avropanın qış üçün kifayət qədər qazı olacaq”.
Bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.
Komissiya sədri Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində çıxış edərkən bu barədə fikirlərini ifadə edib.
“Azərbaycan kimi etibarlı tədarükçülər və digər dostlarımız bu kritik anda bizə kömək etdilər”, - deyə o qeyd edib.