Azərbaycanda “TikTok”a girişin bərpa edilməsi xəbərinə RƏSMİ REAKSİYA - YENİLƏNİB

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “TikTok” sosial şəbəkəsinə girişin bərpa olunması xəbərinə münasibət bildirib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “TikTok” sosial şəbəkəsinə ölkə ərazisində giriş müvəqqəti olaraq məhdudlaşdırılıb:
“Sosial şəbəkəyə girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda aidiyyəti orqanlar bu barədə ictimaiyyəti məlumatlandıracaqlar”.

15:33

Azərbaycanda “TikTok” sosial şəbəkəsinə giriş bərpa edilib.
Oxu.Az-ın məlumatına görə, artıq bu gün gündüz saatlarından ölkə ərazisində “TikTok” giriş mümkün olub. 
Qeyd edək ki, sentyabrın 14-də Dövlət Təhlükəsizliyi Xidməti şəbəkə resursunda ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatlar yayımlamamaq məqsədi ilə bağlı “TikTok”un fəaliyyətinin Azərbaycan ərazisində müvəqqəti məhdudlaşdırılması qərara alıb.