Azərbaycanda idman yarışlarının qaliblərinə vergi güzəştləri tətbiq olunacaq

Azərbaycanda gələn ildən idman yarışlarının qaliblərinə bir sıra vergi güzəştlərinin tətbiq edilməsi nəzərdə tutulur.
"Report" xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları tərəfindən verilən mükafatların tam dəyərinin, habelə ölkədaxili idman yarışları ilə bağlı respublika idman federasiyaları və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyərinin 50 min manata qədər hissəsi gəlir vergisindən azad edilir.