Canavarların əhliləşməsinin qarşısı alınır


İnsanlara paintball silahından atəş açmağa icazə verilir
  Niderlandda qurdların əhilləşməsinin qarşısının alınması üçün paintball (qarşıdakı rəqibə rəng sıçradan pnevmatik silah) silahından istifadə ediləcəyi gözlənilir. Mütəxəssislər qurdları insanlardan uzaqlaşdırmaq üçün bu silahdan istifadəni tövsiyə edir. Bu barədə “NTV.com.tr” xəbər verir. Bildirilir ki, Niderlandın Gelderland əyalətinin tabeliyində olan “Hoge Veluwe” Milli Parkında bəslənən bir canavar parkı ziyarət edənlərə, orada yürüş edənlərə yaxınlaşır. Bunun qarşısını almaq üçün paintball silahından istifadə ediləcək. Mütəxəssislər canavarların insanlara getdikcə daha çox yaxınlaşmasınını onların əhilləşməsinə səbəb olacağını, təbii xassələrini getdikcə itirəcəklərindən narahatdır. Bu baş verməsin deyə, insanlara yaxınlaşmaq istəyən canavarlara qarşı paintball silahından atış açmağa icazə verəcək. Canavarlar bu şəkildə insanlardan uzaqlaşdırılacaq. Niderlandda canavarlar mühafizə olunan heyvan növünə aiddir. Onları ovlamaq, zərər vermək qanunla qadağandır. Paintball silahından istifadəyə görə isə qaydalara dəyişiklik edilməlidir. Yerli mediada çıxan xəbərlərə görə isə Milli Parkın müdiri Seger Emmanuel baron van Voorst tot Voorst bu qərara qarşıdır. Voorst “insanlara hücum etməsinlər deyə heyvanları qorxutmaq istəyirlər. Açıq şəkildə, qurdları öldürün, deyə bilmirlər. Belə gizli şəkildə çözüm axtarırlar” deyən park müdiri bunun yolverilməz olduğunu bildirib. Hazırda Niderlandda 20-yə yaxın yetişkin canavarın mövcud olduğu deyilir.