Keçmiş yunan nazirdən xəbərdarlıq: Türkiyə ilə savaş başlayacaq

Yunan ordusunun əsas fiqurlarından  biri olan keçmiş müdafiə naziri Apostolakis Türkiyə ilə bağlı açıqlamalar verib. O,  iki ölkə arasında müharibənin başlayacağını bildirərək, yunanlara da xəbərdarlıq edib. “Hər kəs, dostlarımız və müxalifət müharibə riski ilə bağlı diqqətli olmalıdır”, - deyir Apostolakis .

Sherg.az türk mediasına istinadən xəbər verir ki, İki ölkə arasında gərginlik yaşandığı  bir zamanda  Yunanıstanın keçmiş müdafiə naziri və Baş Komandanın rəhbəri Evangelos Apostolakis Türkiyə ilə Yunanıstan münasibətlərini  qiymətləndirib. İki ölkə arasında baş verə biləcək ən pis senariyə hazır olmağın vacibliyini  bildirən Apostolakinin sözlərinə görə, bu gərginlik döyüşə səbəb ola bilər:
"Hər kəs, dostlarımız və müxalifət müharibə  riskindən xəbərdar olmalıdırlar”