Ceyhun Bayramov Vaşinqtona gedib: Ermənistan XİN rəhbəri ilə görüşəcək

Ceyhun Bayramov Ermənistan XİN rəhbəri ilə görüşmək üçün Vaşinqtona gedib

6 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Vaşinqton şəhərinə səfəri başlayıb.

Sherg.az  xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsi məlumat yayıb.

Səfər çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Ermənistanın xarici işlər naziri ilə görüşün keçirilməsi nəzərdə tutulub.