Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqtonda görüşü başlayıb 

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb.

Sherg.az  xəbər verir ki, bu barədə bazar ertəsi Azərbaycan XİN "Twitter" səhifəsində məlumat yayıb.

Bildirilib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında Vaşinqtonda ikitərəfli görüş başlayıb.