Türkiyə MN: "Bu ilin əvvəlindən etibarən 3 585 terrorçu zərərsizləşdirilib"

“Türkiyə Silahlı Qüvvələri bu ilin əvvəlindən etibarən 3 585 terrorçunu zərərsizləşdirib”.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
Onun sözlərinə görə, 2015-ci ildən bəri İraq və Suriyanın şimalında 36 854 terrorçu məhv edilib: "Noyabrın 19-da başlanan "Pəncə-Qılınc" əməliyyatı son dövrlərdə terrorçulara qarşı təşkil edilmiş ən genişmiqyaslı əməliyyatdır".
H.Akar bildirib ki, Türkiyə ordusu “sərhəd namusdur” prinsipi ilə terrorçulara qarşı mübarizəni davam etdirir: “Daxildə və sərhədlərdən kənarda terrorçuları məhv etməyə davam edirik. Sərhədlərimiz 7 gün, 24 saat qorunur”.