Qüdsdə törədilən iki partlayışda 1 nəfər ölüb, 3 fələstinli həbs edilib - YENİLƏNİB-2

Qüdsdə törədilmiş partlayışlarla əlaqədar 3 fələstinli həbs edilib.
"Report" xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Bildirilib ki, yaralananlardan biri ölüb.

11:32
Qüds şəhərində səhər saatlarında törədilmiş partlayışlar nəticəsində azı 1 nəfər ölüb. 
"Report" xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

10:51
Qüds şəhərində səhər saatlarında bir-birinə yaxın iki ərazidə partlayış baş verib.
"Report" xəbər verir ki, bu barədə "Jerusalem Post"məlumat yayıb.
Partlayışlar nəticəsində azı 18 nəfərin yaralandığı bildirilir. Zərərçəkənlərdən ikisinin vəziyyəti ağırdır.
Yerli polis hadisənin avtobus dayanacağında qoyulmuş çantada partlayıcı qurğunun işə salınması nəticəsində baş verdiyi ehtimalını irəli sürüb.
İlk partlayış avtobus dayanacağında parke edilmiş skuterdə baş verib. Bundan az sonra Qüdsün Ramot qovşağında daha bir partlayışın baş verdiyi barədə xəbərlər yayılıb.

09:58
Qüds şəhərinin girişində baş verən partlayışda 7 nəfər yaralanıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə “Kan” radiostansiyası məlumat yayıb.
İsrail ordusunun "Qaley SAXAL" radiosu isə hadisə nəticəsində 10 nəfərin yaralandığını bildirib. Onlardan birinin vəziyyəti ağırdır.
Partlayışın səbəbi araşdırılır.