Kreml: Rusiyada Azərbaycan və Ermənistan liderlərinin görüşü planlaşdırılmır

Yaxın vaxtlarda Rusiyada Azərbaycan və Ermənistan liderlərinin görüşü planlaşdırılmır.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov əlavə edib ki, Moskva Azərbaycan və Ermənistan arasında münasibətlərin tezliklə normallaşması üçün işini davam etdirəcək.