"Bəxtiyar Ersayın təyinatı ölkəmiz üçün, ordumuz üçün faydalı olacaq" - Partiya sədri

"Bəxtiyar Ersoy paşaya yeni vəzifəsində uğurlar diləyirik!".

"Sherg.az" xəbər verir ki, bunu Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. 

Partiya rəhbəri bildirib ki, Türkiyə Ordusunun Azərbaycandakı Xidmət Qrupunun Komandanı, general-polkovnik Bəxtiyar Ersayın Azərbaycan Müdafiə nazirinin müşaviri təyin olunmasını yalnız və yalnız alqışlamaq olar: 

"General B.Ersay hazırkı vəzifəsi ilə bərabər, müşavir olaraq Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işləri, aparılan islahatları koordinasiya edəcək. Bu da hazırda bizim üçün hava-su kimi vacib məsələdir. Biz bu generalı cəsur və çox peşəkar bir zabit kimi tanıyırıq. Və inanırıq ki, onun təyinatı ölkəmiz üçün, ordumuz üçün faydalı olacaq".