Mərkəzi Bank: Dövriyyədə olan ödəniş kartlarının sayı 13 milyonu ötüb

Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı noyabr ayının sonunda ötən aya nisbətən 152 min ədəd artaraq 13 milyon 132 min ədəd təşkil edib.

Sherg.az Mərkəzi Banka istinadla xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20,9 faiz artıb.

Ödəniş kartlarında artım debet kartları üzrə 20,1 faiz, kredit kartları üzrə 26,6 faiz olub. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 186 min, kredit kartları 364 min, digər kartlar isə 1,7 milyon ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.