Zelenski: Biz istənilən ssenariyə hazır olmalıyıq

Ukrayna lideri Zelenski ukraynalıları hava zərbələrinə qarşı diqqətli olmaları barədə xəbərdarlıq edib. O, Rusiya qüvvələrinin Yeni il öncəsi hücumlara başlaya biləcəyini iddia edib. Qələbə üçün mübarizəyə davam edəcəklərini bildirən Zelenski, “Ancaq hər bir ssenariyə hazır olmalıyıq” deyib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna prezidenti Rusiya ordusunun hücumları səbəbindən ölkədəki enerji problemlərinə baxmayaraq, qələbə üçün mübarizəni davam etdirəcəklərini bildirib və istənilən ssenariyə hazır olmaları lazım olduğunu bildirib.

Zelenski, Telegram hesabında paylaşdığı videomüraciətdə millətə səslənərək dekabrın 25-də ölkəsində və dünyada Milad bayramını qeyd edən hər kəsi təbrik edib.

Rusiya-Ukrayna müharibəsinin davam etdiyini xatırladan Zelenski, Rusiya ordusunun son günlər Xerson şəhərinə təşkil etdiyi hücumlarda mülki vətəndaşları hədəf aldığını qeyd edərək, “Hər rus qatilini tapacağıq” deyə bildirib.


İlin sonuna sayılı günlər qaldığını vurğulayan Zelenski, Rusiya qüvvələrinin bu prosesdə yeni hücumlar edə biləcəyini əsas gətirərək, vətəndaşları hava hücumlarına qarşı diqqətli olmağa çağırıb.

Turan