Kreml: Üçtərəfli görüş olmayacaq, təkbətək danışıqlar mümkündür

Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammiti çərçivəsində üçtərəfli görüş keçirməyi planlaşdırmırlar.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Xeyr, üçtərəfli görüş olmayacaq, amma ikitərəfli təmaslar, təbii ki, bu qeyri-rəsmi görüş çərçivəsində baş tutacaq. MDB ölkələrinin liderlərinə təkbətək danışmaq imkanı veriləcək",- deyə Kremlin sözçüsü vurğulayıb.