Türkiyə ordusuna daha 3 “Akıncı" PUA-sı təhvil verilib

Türkiyə Silahlı Qüvvələrinə daha 3 “Akıncı" silahlı pilotsuz uçuş aparatı təhvil verilib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir bildirib.

O, daha 3 “Akıncı” silahlı pilotsuz uçuş aparatının Türkiyə ordusunun inventarına verildiyini diqqətə çatdırıb.