Türk xofu: Çini və indiki İranı türklər idarə edib

Onlarda tarixdən gəlmə bir türk xofu var

İranda Çin dilinin tədrisinə heç bir lüzum yoxdur və Çin dili dünyada İran üçün bir o qədər də lazım olan dil deyil

İran dünyada islam və türk dövlətləri əleyhinə olan istənilən işə dəstək verir


İran məktəblərində Çin dili tədris olunacaq. İran Ali Təhsil Şurasının qərarı ölkə Prezidenti İbrahim Rəisi tərəfindən təsdiq edilib. Qeyd edək ki, İran məktəblərində Çin dilinin tədrisi 2024-cü ildən etibarən həyata keçiriləcək. Bu xəbər sosial mediada güney azərbaycanlılar arasında geniş müzakirəyə səbəb olub. Onlar İranda on milyonlarla azərbaycanlının ana dilində təhsilinə icazə verilmədiyi, imkan yaradılmadığı halda, Çin dilinin tədrisinə İranda yaşayan qeyri-fars xalqlara qarşı hörmətsizlik kimi dəyərləndiriblər.


  Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Tural İrfan isə "Sherg.az"a açıqlamasında  deyib ki, bir çox sahələrdə Çinlə İranın uzun illik müqaviləsi, ittifaqı var: “Ümumiyyətlə,  İran dünyada islam və türk dövlətləri əleyhinə olan istənilən işə dəstək verir. İranla Çin arasında olan iqdisadi, hərbi və digər münasibətlər Çin dilinin tədrisinə əsas ola bilməz. Çünki buna İranda ehtiyac da yoxdur. Ölkəsinin az qala 80 faizi türk dilli və türk əsilli əhali olan İran türk millətinə qarşı ən qəddar rəftarı ilə tanınır. Çində Uyğur türklərinin soyqırımına dəstək verir və bunu Çinin daxili işi sayır. Hindistanın müsəlman Kəşmiri işğalına haqq qazandırır. Habelə Ermənistanın Qarabağı uzun illər işğalda saxlamasına da səs çıxarmır, əksinə, onlara mümkün bütün dəstəyi əsirgəmirdi. Habelə Yəmən, Suriya, İraq kimi ərəb ölkələrində də ərəblərə qarşı törədilən soyqırımlarda, vətəndaş müharibələrində səbəblər, iştirakçıdır.
  İslam dinini təhrif etməklə tədricən İranda aradan aparmaq, Sasani ideoloji xəttinə əsaslanan, siyasi - dini - şovinist bir ideologiya yaratmaq İranın 50 illik planıdır. Heç təsadüfi deyil ki, İran anti-islam inqilabının baş verdiyi ərəfədə Xomeyninin müəllimi Ayətullah Seyid Məhəmməd Hüseyn Təbatəbaiyə bu inqilabda nə qədər qurban verdikləri soruşulduqda o belə cavab vermişdi ki, bizim bu inqilabda bircə qurbanımız oldi, o da islamın özü!
  Yəni İran islam, şiəlik pərdəsi altında islam dünyasına qarşı üzdə məzhəbçi, radikal dini görkəmli mübarizə aparsa da, batində imperiya siyasəti yürüdür və Sasani imperiyasının vaxtilə tərkibində olmuş əraziləri İran ərazisi hesab edir. Onlar islam deyərkən konkret İranı nəzərdə tuturlar. Bir qədər əvvəl İranın başçısı Qarabağı da islam torpağı adlandırmışdı. Azərbaycan torpağı yox, məhz islam torpağı.
Və ona görə görə də Çin, Hindistan kimi antimüsəlman dövlətlərlə İranın bu tipli əlaqələri imperiyalist və antitürk xarakteri daşıyır”.
Politoloqun sözlərinə görə, tarixən Çini və indiki İranı türklər idarə edib və onlarda tarixdən gəlmə bir türk xofu var: “Tarixin təkrar olmasından hər zaman qorxurlar və onları ideoloji cəhətdən birləşdirən də islam və türk qorxusudur. Ancaq hesab edirəm ki, İranda Çin dilinin tədrisinə heç bir lüzum yoxdur və Çin dili dünyada o qədər də İran üçün lazım olası dil deyil. Türk dilinin İranda tədrisinə icazə verilməməsi, məktəblərin olmaması İranın böyük bir millətin hüquqlarını kobud şəkildə pozması deməkdir və bu, islam dininə görə də çox böyük qəbahətdir, Allaha üsyandır”.