Hər iki şəxs qatildir və əlləri Azərbaycan xalqının qanına batıb - Əziz Əlibəyli  

Ermənistanda olan cinayətkarlar da var və onların həbsi ilə bağlı müəyyən hazırlıqlar görülməlidir

Qarabağ separatçılarının keçmiş “müdafiə naziri”, "general-leytenant" Levon Mnatsakanyan Qarabağdan Ermənistana gedərkən "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

Bu  barədə erməni Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Mnatsakanyanla birlikdə qondarma rejimin "milli qəhrəmanı", "general-leytenant" Arşavir Qaramyan da saxlanılıb.


Azərbaycanın növbəti uğurunu  "Sherg.az"a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli vurğulayıb ki, hər iki şəxs qatildir və əlləri Azərbaycan xalqının qanına batıb: 

"Digər cinayətkarların tutulması üçün bu şəxslərin saxlanılması vacib addım idi. Azərbaycan savaşını, mübarizəsini dünyaya göstərmək cəhətdəndə də bu  mühüm amildir. Şübhəsiz ki, proseslər digər separatçı qurum nümayəndələrinin saxlanması üçün davam etdirilməlidir. Bunların içərisində Ermənistanda olanlar var və onların həbsi ilə bağlı müəyyən hazırlıqlar görülməlidir. Çox güman ki, Azərbaycan Ermənistana siyahını təqdim edəcək. Bəlkə də  razılaşdığımız sülh müqaviləsi içərisində yer ala biləcək bir prosesdir. Azərbaycan tərəfi hərbi cinayətkarların məsuliyyətə cəlb olunması ilə bağlı işlər aparıb.  Eyni zamanda xususi xidmət orqanlarımızın əlində dəqiq siyahı var.  Harda olmalarından asılı olmayaraq onların tapılaraq cinayət məsuliyyətinə cəlb olunması davam etdirilir  və etdiriləcək".