2 min il yaşı olan tabut tapılıb

Onun tarixi abidə kimi qorunacağı bildirilir

  Türkiyənin Aydın bölgəsində 2 min əvvələ aid olduğu bildirilən daş tabut məqbərə tapılıb.
“Sherg.az" “NTV.com.tr”yə istinadən xəbər verir ki, nəhəng daş tabut Aydının Çine əyalətində Alabanda Antik Şəhərində aşkarlanıb. Daş tabutun aşkarlanması təsadüf nəticəsidir. Bildirilir ki, ərazidə iznsiz qazıntı işləri barədə məlumat daxil olduqdan sonra əlaqədar qurumlar hadisə yerinə gəlib. Ərazi üzrə Mədəniyyət və Turizm Müdirliyi tərəfindən aparılan çalışmalar zamanı məlum olub ki, naməlum şəxslər ərazidə qazıntı işləri görüb. Qazıntı yerində daş tabut olduğu müəyyənləşib. Daş tabut ehtiyatla çıxarılıb. Tabutun üzərindəki fiqurlar onun 2 min əvvələ aid olduğunu təxmin etməyə əsas verir. Daş tabut tədqiqat aparılmaq üçün Mədəniyyət və Turizm Müdirliyinə təhvil verilib. Onun tarixi abidə kimi qorunacağı bildirilir.