“Çox yaxın zamanda “Akınçı” pilotsuz uçuş aparatları (PUA) Azərbaycana təhvil veriləcək.
Bunu "Baykar" şirkətinin texniki direktoru, “Texnofest” İdarə Heyətinin sədri Selçuk Bayraktar oktyabrın 2-də Bakıda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, azərbaycanlı pilotlar təlimləri uğurla başa vurublar: “Odur ki, biz ən yaxın gələcəkdə “Akınçı” PUA-larını Azərbaycana təhvil verəcəyik”.
Məsələ ilə bağlı "Sherg.az"a açıqlamasında hərbi ekspert Alparslan İmamqulu bildirib ki, Bayraktarın istehsal etdiyi "Akınçı" pilotsuz uçuş aparatları ən müasir vasitələrdən biri sayılır:
"Bu "Akınçı" PUA adlandırılmaq ilə yanaşı eyni zamanda qırıcı təyyarələr olaraq da qiymətləndirilə bilər. 24 saat müddətində döyüş tapşırığı icra edə bilməsi, 12 min metrdən daha yüksəkdə uçması və bazadan 150 km-də tapşırıqları yerinə yetirməsi Hərbi Hava Qüvvələrimizin daha da ağır tapşırıqları həyata keçirməsinə böyük töhfə verəcək. Gələcəkdə bu cür vasitələrin Türkiyə ilə birgə müdafiə saneyesində istehsal olunması iqtisadi meyarlar baxımından Azərbaycan üçün əhəmiyyətli olacaq. Ümumi olaraq Türkiyədə olan hər yeni gəlişmələr və ortaq lahiyələr çərçivəsində birgə istehsalın olunması baxımından təşəbbüslər oluna bilər. Bundan sonrakı dönəmdə ordumuz daha çox inkişaf edəcək".