Azərbaycanın bu gün bölgədə sülhü bərqərar etmək üçün çalışması tariximizi unutduğumuz anlamına gəlmir
Qarabağı tərk edərkən, Allaha and içərək, azərbaycanlılarla yaşamaq istədiyini, ermənilərin xalq olmadığını bildirən Xankəndinin erməni sakini ilə bağlı şok fakt üzə çıxıb.
"Sherg.az"a Yenipress.az-a istinadən xəbər verir ki, o, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı döyüşənlərdən biri olub.
Həmçinin o, ölkəsinə qayıdan kimi “türklər uşağıma silah tutmuşdular, ona görə bu sözləri (ermənilər xalq deyil - red) demişəm” deyə açıqlama verib.
Ermənistanın Azərbaycana qarşı növbəti xislətinə münasibət bildirən politoloq Züriyə Qarayeva "Sherg.az"a açıqlamasında söyləyib ki, ermənilərin atdığı bu addımlar bizim üçün gözlənilməz deyil:
"Onların bu cür riyakarlıqlarını, hiylələrini və arxadan zərbələrini hər hansı ssenarinin, bölgədə erməni dövlətinin yaradılma təşəbbüsünün nəticəsi olaraq türk coğrafiyasının bölünməsi məqsədi ilə müxtəlif bölgələrdən Azərbaycan ərazisinə köçürülən ermənilərin 1800-ci illər tarixdən bilirik. Azərbaycanın bu gün bölgədə sülhü bərqərar etmək üçün çalışması tariximizi unutduğumuz anlamına gəlmir. Ermənilərin 1800, 1904-1905, 1948 və 1988-ci ildən bu yana azərbaycanlılara qarşı hansı mövqedə olduğunu biz çox yaxşı bilirik. Bu gün həmin erməni xisləti davam etməkdədir. Onlar həmin ermənilərdi ki, uzun müddət Azərbaycan torpaqlarını işğal altında saxlayıb, hər cür vandallıqlar icra edib və mülki şəxslərə qarşı vəhşiliklər törədiblər. Həmçinin ətraf mühitə, tarixi və mədəniyyət abidələrinə qarşı amansız davranış nümayiş etdiriblər. Biz isə hər zaman olduğu kimi bu gün də beynəlxalq hüquq prinsipləri çərçivəsində mülki insanlara qarşı öz tolerant mövqeyimizi sərgiləyirik. Eyni zamanda onların digər Azərbaycan vətəndaşları ilə bərabər şəraitdə tam haqlarının bərpa olunmasını təmin edirik. Amma yenə də erməni tərəfi öz ikiüzlü niyyətlərindən əl çəkmir və işğalçılıq siyasətlərini pərdələmək üçün azərbaycanlılara qarşı qarayaxma kompaniyası aparırlar. Hesab edirəm ki, Allaha and içərək, azərbaycanlılarla yaşamaq istədiyini vurğulayan həmin şəxsin etdiyi də bu qara piarın tərkib hissəsidir. Bu Ermənistan hakimiyyəti çərçivəsində təşkilatlandırılan bir propaqandadır. Azərbaycanı beynəlxalq ictimaiyyətdə sanki nüfuzdan salmaq üçün icra edilən əməllərdir. Birləşmiş Millətlər Təşkilatının müşahidəçi missiyasının bölgəyə gəlməsinə Azərbaycanın razılıq verməsi də bunun bir göstəricisidir ki, bizim heç bir gizlin əməlimiz yoxdur və müharibə cinayətlərinə əl atmamışıq. Əks-həmlə hücüm olaraq başlatdığımız müharibə və ondan sonrakı əməliyyatlar da tamamilə bölgədə sülhün bərqərar olması üçün məcburetmə tədbirləri olub. Ona görə də, biz hər zaman beynəlxalq ictimaiyyətə açığıq və onlar yerli-yerində müşahidələr apararaq nəticələri ilə özləri şahid ola bilirlər".