Ləkəli doğuldu: 2 yaşına qədər 6 dəfə əməliyyat olundu

  Dünyaya gələn körpəyə valideynləri Luna adı verib, lakin o, “Batman maskalı qız” ləqəbiylə çağırılıb. Üzündə böyük ölçülü qara ləkə ilə doğulduğuna görə. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən ləkəli üzlə dünyayla salamlaşan Lunanın hekayəsini təqdim edir. Körpə Luna ABŞ-də Tavares ailəsində dünyaya gəlib. Anası Carolina Tavares körpə doğulduqda heyrətə düşüb, təəccüblənib, həm də peşmanlıq, qorxu, təlaş hissi keçirib. Səbəb, körpənin üzündə böyük qara ləkə ilə doğulmasıydı. Körpə üzündəki qara ləkəyə görə məşhurlaşıb və ona məşhur çizgi filmi qəhrəmanı Batmanın adıyla “Batman maskalı qız” ləqəbi qoyulub. Həkimlər isə bu ləkənin nadir rastlanan xəstəlik əlaməti olduğunu bildirib. Valideynlər körpələrini bu qara ləkədən xilas etmək qərarına gəlib və Rusiyaya səfər ediblər. Körpəyə “konjenital melanostik nevus” adı verilən və xərçəng xəstəliyi ehtimalı daşıyan doğum ləkəsi diaqnozu qoyulub. Körpənin müalicəsinə başlanılıb, lakin həkimlər körpənin üzündəki ləkənin nə zaman silinəcəyinə dair dəqiq vaxt söyləməyib. 2 yaşına çatanadək körpə 6 dəfə əməliyyat edilib. Müalicənin davamı zəruri olduğundan ailə 3 il Rusiyada qalıb. Müalicə uzun müddətli olsa da, körpənin dəri xərçənginə tutulma riskinin qarşısını aldığı məlum olub. Lakin müalicənin son mərhələsi estetik əməliyyat idi. Lunanın məktəb yaşı da çatıb deyə, valideynləri onu məktəbə göndərmək istəyib, lakin qızcığazın üzündə qalan qara ləkə onu sosiallaşmasına mane olub. Valideynləri qara ləkənin estetik əməliyyatla aradan qaldırılmasında qərarsız qalıblar. Həkimlər bu əməliyyatın ziyanlı ola biləcəyini söyləyib və ata-ana da körpənin sağlamlığını üstün tutub. İndi də Luna güzgüyə baxanda heyrətə gəlir. Halbuki qara ləkə əvvəlki illərə nisbətən getdikcə kiçilməkdədi. Qızcığaz böyüdükcə, ləkə balacalaşır. Bu, Lunanın özünə inamını artırır, psixoloji durumu da getdikcə yaxşılaşır. Dermatologiya üzrə mütəxəssis Yasemin Fatih Amato is bildirib ki, bu cür ləkələr adətən genetik faktorlara əsaslanır. Dəridə melanosit adlı hüceyrələrin anormal bir şəkildə bir araya gəlməsiylə piqment toplanması nəticəsində yaranır. Doğum ləkələri ilə xəstəlik əlaməti olan ləkələr fərqlidir. Bəzən bunu həkimlər müəyyən edə bilir. Bəzənsə bunun üçün tibbi müayinələr və analizlərə ehtiyac yaranır. Doğum ləkələri ziyanlı deyil və zamanla silinib gedir. Lakin ləkələr hansısa genetik xəstəliyə bağlıdırsa, tibbi müayinə mütləqdir.