Bakıda da moped ambulanslar  dövrü başlayır?

Sürət, çeviklik, ünvana daha tez çatmaq təmin edilə bilər
"Bunun üçün təcili tibii yardım sistemində müəyyən islahatlar aparılmalıdır" 

Rusiyanın Kazan şəhərində ambulans motosikletlər dövrü başlayıb. Təcili yardım həkimlərinin bəzilərinə motosiklet verilib və onlar çağırışlara özlərinin idarə etdiyi motosiklet – mopedlə gedirlər. İlk tibib ayrdm çantası da mopedin üzərinə bərkidilir. Görəsən, bu üsul tıxaclı Bakımızda da tətbiq olunarsa, təcilıi yardımın yollarda zaman itirməsinin qarşısı alınarmı? 

Təcili Tibbi Yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov “Sherg.az”a  açıqlamasında bildirdi ki, mobed ambulanslar ideyası müsbət görünür. Lakin burada bəzi nüanslara fikir vermək lazımdır: 

- Birincisi, gərək həkim, tibbi bacısı moped idarə etməyi bilsin. Bu, ilk baxışda asan görünə bilər, lakin heç də asan deyil. Uzaq məsafələrə moped sürən həkimin vəziyyətini düşünün. Yorğun, gərgin halda çağırış ünvanına çatacaq. Mopedlər atomobil yollarında heç də təhlükəsiz deyil. Hər cür qəza baş verə bilər. Ambulans avtomobilini peşəkar  sürücülər idarə edir. Həkim briqadasını çağırış ünvanına təhlükələrdən maksimum sığortalanaraq çatdırır. Əlbəttə, moped  ambulanslarda prinsip etibarilə mənfi bir hal yoxdur. Sürət, çeviklik, ünvana daha tez çatmaq təmin edilə bilər. Bunun üçün təcili tibii yardım sistemində müəyyən islahatlar aparılmalıdır. Moped ambulansla  əlbəttə ki, həkim briqadası – həkim və tibb bacısı hərəkət edə bilməyəcək. Onunla yalnız bir həkim çağırışa gedə bilər. Moped ambulanslarla ancaq yüngül xəstələri, ani rahatsızlıq keçirən, yerində təxirəsalınmaz müdaxilə tələb olunan insanlara kömək etmək olar. Tutaq ki, kiminsə təzyiqi qalxıb, ürək döyüntüləri çoxalıb, şəkəri yüksəlib və sair. Yəni, stasionar müalicə, xəstəxanaya, tibb müəssisəsinə çatdırlma tələb olunmayan xəstələr üçün istifadə edilə bilər. 
Ş.Məmmədov bildirdi ki, tıxaclarda mopedlərin yolu rahatdır, hərəkət edə bilirlər. Lakin təcili yardım briqadası çağırış ünvanına kecikməsin deyə, xüsusi hərəkət zolağı ayrılmalı, avtomobillər etik qaydalara riayət edib təcili yardım avtomobilinə yol verməlidirlər.