Putin Baydeni lağa qoydu

“Gəlsin, birlikdə pankek yeyək”

  ABŞ-nin Ukraynaya ATACMS raketləri verməsi Rusiya tərəfindən, təbii ki, xoş qarşılanmayıb. Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Co Baydenin Ukrayna-Rusiya müharibəsi barədə “Rusiya məğlub oldu” proqnozundan qəzəblənsə də, bunu hiss etdirməməyə çalışıb və “Madam ki məğlub olmuşuq, gəlsin, birlikdə “pankek” yeyək, çay içək ”, deyərək Ağ Ev sahibi ilə lağ-lağı edib. V.Putinin “pankek” siyasətinin maraqlı tarixçəsi var. 2018-ci ildə Çinə səfər edən V.Putin Çinin dövlət başçısı Şi Sinping ilə birlikdə “pankek” hazırlamışdılar. Dövlət başçılarının mavi önlüklərlə mətbəxdə birgə “pankek” hazırlıqlarını əks etdirən fotolar o gündən “pankek siyasəti” olaraq xatırlanır. Bu dəfə də V.Putin ABŞ prezidentini “pankek” hazırlamağa dəvət edib.