İnsan genlərini daşıyan kosmik gəmidə qəza olub

DNT-lər kainata saçılacaq

  Aya insan genlərini aparan “Peregrine One” kosmik gəmisi yanacaq itkisiylə üzləşib. Bu kosmik gəminin özəlliyi bəzi şəxslərin DNT-sini Aya daşımasındadır. “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, ABŞ-nin ilk dəfə Aya kosmik aparat göndərməsinin üzərindən 50 il keçdikdən sonra "Astrobotic Technology" şirkətinin istehsalı olan kosmik gəmi ikinci dəfə Aya göndərilib. Bu gəmidə ABŞ-nin sabiq prezidenti Conn F. Kennedi də daxil, bir çox məşhur insanın DNT-si daşınır. Bunlar C.Kennedinin saç nümunəsi, Eyzenhaur və Corc Vaşinqtona aid qalıqlar, həmçinin kimlərinsə ümumilikdə 13 min dollar ödəyərək bəzi şəxslərin Aya göndərdiyi genetik nümunələrdir. Lakin kosmik gəminin uçuşu başlanandan 24 saat sonra yanacaq bakında qəza baş verib. Hazırda kosmik gəmidə yanacaq itkisi yaşanır. Onun Aya gedib çatacağı böyük sual altındadır. Məlumdur ki, DNT - dezoksiribonukleyin turşusudur, canlı orqanizmin formalaşması və həyati proseslərini davam etdirə bilməsi üçün irsi informasiyanın saxlanıldığı, nəsildən-nəslə ötürülən biopolimerdir. Bütün orqanizmlər, bəzi viruslar da daxil olmaq üzrə DNT-yə sahibdir. Bəzi şəxslərin qısaca desək, genetik məlumatlarını kosmosa aparmaqda məqsəd nədir? Yerdə saxlansa, itib batacaqdımı? Yerdə bəlkə də itməyəcəkdi, qorunub saxlanacaqdı, amma kosmosda itəcəyi ehtimalı daha böyükdür. Çünki kosmok gəminin Aya çatacağı ehtimalı çox azdır. NASA-dan verilən açıqlamada bildirilib ki, kosmik gəmi heyətinin dəyəri 108 milyon dollardır. Bu gəmi kosmosa təkcə Con Kennedinin deyil, yüzlərlə başqa insanın da külünü aparır. Kosmik gəminin ağırlığı 1.2 tondur. Bu, “Apollon” kosmik gəmisindən sonra Aya göndərilən ikinci aparatdır. Amma yanacaq bakında qəza baş verib və hazırda kosmik gəmi yanacaq itirə-itirə hərəkət edir. NASA özü uçuşun uğursuz olacağını təxmin edir. Yanacağı bitdikdən sonra kosmik gəmi duruş gətirə bilməyəcək, istiqamətini dəyişdirə də bilməyəcək və daşıdığı DNT nümunələri də kosmosa dağılacaq. Hər şey gəmi heyətinin məharətindən asılı olacaq. Əgər onlar xüsusi panellər vasitəsilə Günəş enerjisindən faydalana bilsələr Aya eniş edə biləcəklər.