Suriya və İraqın şimalına hava əməliyyatı: 25 hədəf məhv edilib

Türkiyə  Milli Müdafiə Nazirliyi Suriya və İraqın şimalında hava əməliyyatı keçirildiyini açıqlayıb. Açıqlamada 25 terrorçu hədəfin məhv edildiyi bildirilib.

Sherg.az türk mediasına istinadə bildirir ki,  son terrorçu zərərsizləşdirilənə qədər terrorla mübarizənin qətiyyətlə davam etdiriləcəyi vurğulanıb.

Milli Müdafiə Nazirliyinin bəyanatında aşağıdakı ifadələrdən istifadə edilib:

“PKK/YPG/KCK və digər terror ünsürlərini zərərsizləşdirmək, İraq və Suriyanın şimalından xalqımıza və təhlükəsizlik qüvvələrimizə qarşı terror hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyimizi təmin etmək məqsədi ilə; Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə əsasən, 13 yanvar 2024-cü il tarixində saat 21.00-da Suriyanın şimalında Metina, Hakurk və Qəndil bölgələrində terrorçu hədəflərə qarşı hava əməliyyatları həyata keçirilmiş və sığınacaqlar daxil olmaqla 25 hədəf məhv edilib.
Bu əməliyyatlarda çoxlu sayda yerli və milli sursatdan maksimum istifadə edilərək zərərsizləşdirilib.

Soylu millətimizin ürəyindən çıxan Türk Silahlı Qüvvələri keçmişdə olduğu kimi ölkəmizin və millətimizin yaşaması və təhlükəsizliyi üçün son terrorçu zərərsizləşdirilənə qədər terrora qarşı mübarizəni qətiyyət və əzmlə davam etdirəcək".