Zaqatalada 3 uşağı avtomobil vurub, ikisi hadisə yerində ölüb

Zaqatalada üç uşağı avtomobil vurub.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala-Göyəm avtomobil yolunda baş verib.
İlkin məlumata görə, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili üç uşağı vurub. Onlardan ikisi aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Digər uşaq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma başlayıb.