Kreml Baydenin Putini söyməsinə reaksiya verdi

ABŞ Prezidentinin rusiyalı həmkarı Vladimir Putini təhqir etməsi ABŞ-ı aşağılayır.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“ABŞ Prezidentinin özündən soruşulmalıdır ki, Putin nə vaxtsa Amerika liderlərinə qarşı belə bir ifadə işlədibmi?” - o bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini “başdanxarab it oğlu” adlandırıb.