Prezident və birinci xanım Mövlud Süleymanlının dəfninə əklil göndərib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın Xalq yazıçısı Mövlud Süleymanlının dəfn mərasiminə əklil göndərib.
"Report"un Yuxarı Şirvab bürosunun məlumatına görə, əklil mərhum yazıçının məzarın üstünə qoyulub.
Qeyd edək ki, M.Süleymanlı fevralın 21-də vəfat edib. Xalq yazıçısı bu gün Şamaxı rayonunun Kərkənc kəndində dəfn olunub.