Yaşar Çolak: İslama qarşı stereotip yanaşmalar mövcuddur

"Sosial problemlər bəzən İslamla əlaqələndirilir".

APA xəbər verir ki, bunu Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransı çərçivəsində "Multikulturalizm, İslam və Sivilizasiyaların toqquşması nəzəriyyəsi: İslamofobiyanı yenidən düşünmək" adlı paneldə Türkiyənin Diyanət Vəqfinin İslam Araşdırmalar Mərkəzinin vitse-prezidenti Yaşar Çolak çıxışında deyib.

İslamofobiyanın sürətlə yayıldığını deyən Yaşar Çolak "bu məfhumun cəmiyyətdə mənfi nəticələrinin danılmaz olduğunu vurğulayıb".

“Dezinformasiya, yanlış məlumatlandırma İslamofobiyanın yayılmasına töhfə verir. Biz problemləri təhlil etmədən İslamofobiya tələsinə asanlıqla düşə bilərik, çünki bəzən sosial problemlər İslamla əlaqələndirilir. İslamofobik təbliğatı insanların şüuruna təlqin edilir. "İslam din deyil ideologiyadır", "müsəlamlar bizim kimi deyil" kimi yayılmış fikirlər əsaslandırılmamış ideologiyadır".

O deyib ki, İslama qarşı stereotip yanaşmalar mövcuddur.

Yaşar Çolak qeyd edib ki, İslamın fundamental dəyərləri barədə cəmiyyətlərdə məlumatlandırma aparılmalıdır.

"İslamofobiya ilə mübarizədə Qərb dünyasında da çoxtərəfli yanaşmanı təşviq etməli, müxtəlif vasitələrdən istifadə etməliyik. Media ilə, fokus qrupları ilə işləmək, psixoloji təhlilər aparmaq lazımdır", o deyib.