Birləşmiş Ərəb Əmirliklərinin ev sahibliyi etdiyi COP28-in "Gənc İqlim Çempionu", BƏƏ-nin icma inkişafı naziri xanım Şarma Al Mazrui ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin görüşü olub.
Nazirlikdən APA-ya verilən xəbərə görə, Azərbaycanda səfərdə olan xanım Şarma Al Mazrui ilə görüşdə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıq işləri müzakirə olunub və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Leyla Həsənova da görüşdə iştirak edib.