100 yaşlı nənə  səsverməyə oğlunun kürəyində gedib

Türkiyənin Bartın bölgəsində 100 yaşlı Fadime Yılmaz oğlunun kürəyində səs verməyə gedib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Bartının Ulus mahalına bağlı Ağaköydə 1027 saylı seçki qutusuna 321 seçici səs verib. 100 yaşlı Fadime Yılmaz da oğlu Lütfi Yılmazın kürəyində səsverməyə gedib. 


 
10 gün əvvəl yıxılaraq sağ biləyini sındıran Fadime Yılmaz qolunun gipsdə  olmasına baxmayaraq səsverməyə gəlib. O, qolunun ağrımasına baxmayaraq, qutunun qarşısına keçərək səsini verib. 


Kəndin 93 və 91 yaşlı iki seçicisi də seçki məntəqələrinə gələrək səs verib.