Türkiyədə bələdiyyə seçkiləri: İstanbulda  İmamoğlu öndədir

Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkilərində protokolların 15,93 faizi hesablandıqdan sonra ölkənin ən böyük müxalif Cümhuriyyət Xalq Partiyasının İstanbul və Ankara üzrə namizədləri hazırkı bələdiyyə sədrləri Əkrəm İmamoğlu və Manasur Yavaş postlarını qoruyurlar.

"Sherg.az" xəbər verir ki, İmamoğlu 49,73%, AK partidən olan namizəd Murat Kurum 41,52 % səs toplayıb.

Ankara üzrə isə Manasur Yavaş 56,24 %, hakim parityadan olan namizəd Turgut Altınok isə 36,47 % səs toplayıb.

Saat 20.00-a olan nəticələr:

Açılan qutular: 29,99%

CHP-nin namizədi Əkrəm İmamoğlu: 1 milyon 266 min 323 – 49,73 faiz səs

AK Partiyanın namizədi Murat Kurum: 1.057.087- 41,52 faiz səs

Müstəqil namizəd: 64 784 - 2,54 faiz səs