Prezident Ərdoğan Rəisi ilə telefonla danışıb

Prezident Rəcəb Tayyib Ərdoğan İran prezidenti İbrahim Rəisi ilə telefonla danışıb. Sherg.az xəbər verir ki, telefon bağlantısı ilə  bağlı Rabitə Müdirliyindən açıqlama verilib:

"Cənab Rəcəb Tayyib Ərdoğanın İran Prezidenti İbrahim Rəisi ilə telefon danışığı olub.

Danışıqlarda  Türkiyə və İran arasında ikitərəfli əlaqələr, İsrailin Fələstin ərazilərinə hücumları və bölgədəki humanitar vəziyyət müzakirə edilib.

Prezident Ərdoğan danışıqlar zamanı Qəzzada Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının atəşkəs qərarının ən qısa zamanda həyata keçirilməsi üçün səylərin artırılmasının və bu prosesdə Fəth və HƏMAS-ın birlik içində hərəkət etməsinin vacibliyini bildirib.

Prezident Ərdoğan İsrailin bölgəyə gərginlik yaymaq cəhdlərinin qarşısını almaq üçün birgə çalışmağın zəruri olduğunu bildirib.