Antalyada 2020-ci ilin 20 avqustunda öldürülən “Lotu Quli” ləqəbli “qanuni oğru” Nadir Səlifovla bağlı cinayət işində yeni detallar üzə çıxıb. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, 8 şübhəlinin məhkəməsində Xaqan Zeynalov və Əmir Həmidliyə ağırlaşdırılmış ömürlük həbs, Əli Mövlamlı və Rəsul Həsənova isə 12 il azadlıqdan məhrumetmə cəzası verilib. 4 nəfərsə sərbəst buraxılıb. İstintaq materiallarına görə, N.Səlifov X.Zeynalov tərəfindən tapança ilə başına 2 dəfə atəş açılmaqla öldürülüb. Qarşı tərəfdəki şəxslərin atəş açmasıyla X.Zeynalov özü də yaralanıb. O, Ə.Həmidlinin avtomobilinə minərək oradan uzaqlaşıb. Antalya Əmniyyət Müdirliyi şübhəliləri Dənizlidə yaxalayıb. Məhkəmə istintaqı zamanı X.Zeynalov Nadir Səlifovu öldürmədiyini, onunla dostluq etdiyini, lakin cinayət əməllərinə qatılmadığını, N.Səlifovun 2018-ci ildə ondan Moskvadakı bir iş adamını qaçırmasını istədiyini, ancaq bu təklifi də qəbul etmədiyini söyləyib. 2020-ci ilin iyul ayında N.Səlifovun onu Antalyaya çağırıb və yenə də ona iş adamının qaçırmasını istədiyini deyib. X.Zeynalov imtina etdikdə onu təhqir edib, X.Zeynalov qarşılıq verincə, yanındakı şəxslər atış açıblar. X.Zeynalov da silahını çıxarıb atəş edib. Amma atəş edərkən N.Səlifov orada olmayıb. N.Səlifovun öldüyünü isə polis idarəsində eşidib. X.Zeynalov “məndə olan məlumata görə, N.Səlifovu öz qardaşı Müşviq Səlifov öldürtdürüb. “Quli”nin düşmənləri ilə 10 milyon dollar müqabilində razılaşıb. Bizə isə tələ qurub”.
“Lotu Quli” ilə bağlı cinayət işində yeni detallar üzə çıxıb
13:02 07.04.2024
Gündəm
309
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da cinsini dəyişdirənlərə qadağa: gender bitdi!
13:09 24.01.2025
Dünya
Bricitin kişi doğulmasına dair sübutum var - Ouens
12:50 24.01.2025
Dünya
KTMT Ermənistanı hələ də müttəfiq olaraq görür
12:44 24.01.2025
Region
Şənbə gününün hava proqnozu açıqlanıb
12:20 24.01.2025
Dünya
Milli mətbuatla bağlı medallar onlara da verilə bilər
12:07 24.01.2025
Media
İvankanın andiçmədə taxdığı boyunbağının dəyəri
11:47 24.01.2025
Dünya
Hikmət Hacıyev Belarus səfirini qəbul edib
11:41 24.01.2025
Siyasət
Bakıda əməliyyat: qadın saxlanıldı
11:29 24.01.2025
Hadisə
Ermənistanda keçmiş komitə sədri polis nəzarətinə verilib
11:15 24.01.2025
Dünya
Bu özəl klinikanın fəaliyyəti dayandırılır - Rəsmi
11:02 24.01.2025
Sosial
Mehdiabadda sursat aşkar edilib
10:55 24.01.2025
Hadisə
Ermənistan sərhədimizdə “hava həyəcanı” elan edir
10:48 24.01.2025
Gündəm
Ağızdan pis qoxu gəlirsə ... -Tövsiyə
10:35 24.01.2025
Sağlamlıq
Nohur gölündə batan 40 yaşlı kişinin meyiti tapılıb
10:28 24.01.2025
Hadisə
Moskvaya hücum: hava limanları fəaliyyətini dayandırdı
10:21 24.01.2025
Dünya
Nüvə gücləri arasında toqquşma riskləri artır - Şoyqu
10:07 24.01.2025
Dünya