Helikopter qəzasında həlak olan İran prezidenti və digərlərinin cənazəsi Təbrizə göndərilib

İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri də göyərtəsində olduğu helikopterin qəzasında həlak olanların hamısının cənazələri hadisə yerindən çıxarılıb.

APA-nın “Al-Jazeera” telekanalına istinadən məlumatına görə, bu barədə Qırmızı Aypara Cəmiyyətinin İran üzrə rəhbəri Pir Hüseyn Kolivənd deyib.


O bildirilib ki, axtarış başa çatıb, cənazələrin hamısı sonrakı proseslər üçün Təbrizə yola salınıb.