Ərdoğan: Türkmənistan qazının ixracı Türkiyə və Azərbaycanın ortaq uğuru olacaq

Bu məraismsin əməkdaşlığımızın genişlənməsinə töhfə verməsini arzu edirik
APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil&Gas”) və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin “Caspian Power” açılış mərasiminə ünvanladığı məktubunda bildirib.

Məktübü Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar oxuyub.

Azərbaycanda həyata keçirilən enerji layihələrinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayan Türkiyə Prezidenti qeyd edib ki, Türkmənistan qazının ixracı artıq zaman məsələsidir və bu, Türkiyə və Azərbaycanın ortaq uğur olacaq : “Bakı-Tbilisi-Qars dəmir yolu Ortaq Dəhliz üçün strateji önəmə malikdir. Enerji mənbələrin şaxələndirilməsi üçün Azərpbaycanla birgə çalışırıq, Naxçıvana qaz kəmərinin çəkilişini yaxın zamanda tamamlayacağıq. Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşması istiqamətində addımları alqışlayır və imzalanması gözlənilən sülh sazişini tarixi fürsət sayırıq”.