Braziliyalı nazir: Azərbaycanın COP29-la bağlı fəaliyyətini dəstəkləyirik

Azərbaycanın COP29-la bağlı fəaliyyətini dəstəkləyirik.


“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən INTOSAI-ın Dövlət Borcu üzrə İşçi Qrupunun illik toplantısında çıxışı zamanı Braziliyanın Federal Hesablamalar naziri Jorge Oliveira deyib.

O illik toplantı ilə bağlı isə qeyd edib ki, geosiyasi proseslər qlobal səviyyədə dövlət borcunun idarə edilməsini edilməsi çətinləşdirir: ”Ona görə də infrastruktur xərclərinin idarə edilməsi, fiskal idarəetmə, fiskal dayanıqlılığın təmin edilməsi zəruridir. Braziliya bu baxımdan dayanıqlı inkişafın təmin edilməsində üzv dövlətlərə dövlət borcunun idarə edilmısi ilə bağlı dəstək göstərə bilər”.

J.Oliveira həmçinin, illik toplantının təşkilinə görə, Azərbaycan nümayəndə heyətinə təşəkkürünü bildirib.