Acwa Power: COP29 dünyanın Azərbaycanla bağlı etirafıdır

2020-ci ilin əvvəllərində Azərbaycanda idim, o vaxtlar bu ölkədə enerjiyə keçid uğurla aparılırdı və dünya üçün enerji təhlükəsizliyi təmin olunurdu.
Bunu "Bakı Enerji Forumu"nun birinci günündə panel müzakirəsi zamanı Səudiyyə Ərəbistanının "Acwa Power" şirkətinin sədr müavini və idarəedici direktoru Raad əl Saadi deyib.

O, Azərbaycanın dünya ölkələri üçün əhəmiyyətindən danışıb:

"Biz unikal bir dövrdə yaşayırıq. Məsələləri tam dərk etməliyik. Geriyə baxdıqda həqiqətən Azərbaycanın region və regiondan kənarda olan ölkələr üçün gördüyü işlərin böyük olduğunu görürük. Azərbaycan rəhbərliyinə bu liderlik qabiliyyətinə görə təşəkkür edirəm. Cənub Qaz dəhlizi nəzərə alındığı zaman onunla bağlı şübhələr var idi və onu qeyri-ambisiyalı bir layihə kimi görürdülər. Fikirləşirdilər ki, bu layihəyə çoxlu pul yatırılacaq, amma uğurlu olmayacaq. Son illər bir daha göstərdi ki, həqiqətən bu idea əvvəlcədən çox ambisiyalı olub və digərləri üçün də ibrətdir. COP29 konfransı dünya ölkələri tərəfindən Azərbaycanla bağlı münasibətdə bir etirafdır ki, onlar Azərbaycanda toplanmağa qərar veriblər və gələcəyi burada müzakirə etməyə çalışırlar. Azərbaycanı COP29-a sədrlik edəcəyinə görə təbrik edirəm"