Donald Tramp Teylor Svifti bəyənir

“Çox gözəldir, amma…”

  ABŞ-nin sabiq prezidenti Donald Trampın məşhur müğənni Teylor Svift haqqında söylədiyi ifadələr gündəm olub. “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, sabiq prezidentin müğənni haqqında söylədiyi ifadələr “Variety” Mərkəzi Yayın Evinin icraçı direktoru Ramin Setoodehin yeni kitabında yer alıb. 
"Apprentice in Wonderland: How Donald Trump and Mark Burnett Took America Through the Looking Glass" adlı kitabda Trampın Teylor Svift haqqında “çox gözəldir”, söylədiyi vurğulanır. 77 yaşlı Trampdan müğənni haqqında soruşulub, o da “Məncə, o, çox gözəldir. Onu bəyənirəm. Amma liberal olduğunu düşünürəm. Böyük ehtimalla o məni bəyənmir. Məndən xoşu gəlmir. Lakin o, dəhşətli dərəcədə gözəl və cazibədardır”. Tramp Teylor Svifti “tam bir “ulduz” adlandırıb. Qeyd edilir ki, Teylor Svift 2020-ci ildə Jozef Bayden və Kamala Harrisi dəstəkləyib. Donald Trampa qarşı müxalifətdə olduğunu açıq etiraf edib.